Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 353 milyon manat təşkil edib.
İnterpress.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % çoxdur.
Bu ilin 4 ayında gömrük rüsumları üzrə daxilolmalar 2,2 % artaraq 368,471 mln manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3,9 % artaraq 923,327 mln manat, aksizlər üzrə daxilolmalar 9,3 % azalaraq 46,374 mln manat, yol vergisi üzrə daxilolmalar isə 7,1 % artaraq 14,866 mln manat olub.