Dünyamızın başına bəla olan koronovirus heç gözləmədiyimiz anda bizim də qapımızı döydü.
Anam ağciyərlərin hər iki tərəfdən 75% buzlu şüşə sindromu ilə təcili yardım maşının ilə FHN-nin Zığ qəsəbəsində yerləşən yeni xəstəxanasına çatdırıldı.
Şəkər 480 , davleniyan 180 , qanda virusun göstəricisi 317 ( normalda 5 olmalıdır) nəfəs çatışmazlığı, boğulma, bir sözlə kritik vəziyyət…
Demək olar ki, hamımız onun sağalmasından əlimizi üzmüşdük.
Bir tək anamı müalicə edən Rövşən həkim “mən inanıram ki, Nəzirə anamızı sağaldacam” deyib bizə ümüd verdi və 22 gün sonra dediyinin də elədi.
Oksigen maskası olmadan nəfəs ala bilməyən anam 22 gün sonra sağlamlığına qovuşdu.
Hələ çox gənc olmasına baxmayaraq bir çox tibb üzrə professorllardan daha savadlı, daha qabiliyyətli olan Rövşən həkim tək elmi bacarığı ilə deyil həm də xəstələrinə göstərdiyiyi xüsusi nəvazişi ilə də hamının rəğbətini qazana bilib.
Anam mənə günlər sonra yemək yeyə bilməyəndə Rövşən həkimin onu necə öz əlləri ilə yedizdirdiyini, hər an səhətin kontrol etdiyini, ən əsası yaşamaq üçün ona necə ümüd verdiyini deyəndə gözlərim doldu.
Azərbaycanda həkim yoxdur deyənlərə Rövşən həkim həm savadı həm də insanlığı ilə böyük həriflərlə VAR dedi!
İlk dəfədir ki, sözlər duyğularımı ifadə edə bilmir, ilk dəfədir ki, sözlər aciz qalıb, nə desəm, nə yazsam yenə də sizin etdiklərinizin qarşısında dənizin bir damlası qədər qalar.
Bir ananı yenidən övladlarına bağışladığınız üçün sizə sonsuz təşəkkür edirəm, Rövşən həkim!
Yaşar Süleymanlı