Azərbaycanda institut rəhbərindən İran Prezidentinə SƏRT CAVABbackend

Azərbaycanda institut rəhbərindən İran Prezidentinə SƏRT CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Prezidenti İbrahim Rəisi “ağıllı” məsləhətlərini qatlayıb cibinə qoysun”.

Bunu İnterpress.az-a açıqlamasında Qafqaz Beynəlxalq Hüquq İnstitutunun rəhbəri Səftər Rəhimli deyib.

İnstitut rəhbəri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti İbrahim Rəisi ilə görüşünü şərh edib.

Onun sözlərinə görə, İran “molla” rejiminin əsl mahiyyəti bəllidir və bu rejimin Azərbaycana və ümumilikdə bütün türk millətinə münasibəti açıq ortadadır.

S.Rəhimli açıqlamasında İbrahim Rəisini fars şovinizminin cəlladı olmaqda ittiham edib. O deyib ki, bütün dünya İranda minlərlə günahsız insanın edam olunmasında Rəisinin əlinin olduğunu bilir.

“İbrahim Rəisi kimdir ki, Azərbaycana məsləhət verir və bu haqqı ona kim verib?”, – institut rəhbəri beynəlxalq ictimaiyyətə ritorik bir sual ünvanlayıb.

Xatırladaq ki, İran prezidenti İbrahim Rəisi Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşündə bildirib ki, sionist rejim bəşəriyyətin düşmənidir və müsəlman xalqlarla dost ola bilməz. Rəisi həmçinin bildirib ki, Fələstinin işğalı bunu sübut edir: ”Terror qrupları ABŞ və sionist rejim tərəfindən yaradılıb və getdikləri yerdə qətliam əməlləri törədirlər”.

İran prezidenti görüşdə İran və Azərbaycan arasındakı əlaqələrdən də danışıb. Onun sözlərinə görə, İran və Azərbaycan təkcə qohumlar deyil, onların bağları iki ölkə xalqının dini inancları əsasında qurulub. Rəisi deyib ki, İran müxtəlif sahələrdə öz imkanlarını azərbaycanlı qardaşlarla bölüşməyə hazırdır.