Azərbaycanda Omikrona yoluxma var? – Rəsmi cavabbackend

Azərbaycanda Omikrona yoluxma var? – Rəsmi cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasının yeni “Omikron” ştamına yoluxma ilə bağlı fakt aşkarlanmayıb.bu barədə “Report”un sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalar davam edir: “Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb. Yeni ştam aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.