Azərbaycanda problemli kreditlər 25% azalıbbackend

Azərbaycanda problemli kreditlər 25% azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 685,2 milyon manat təşkil edib.

İnterpress.az xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,7% azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 4,8%, son 1 ildə isə 25,4% azalıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,8 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il martın sonuna isə 6,2% olub.