Azərbaycanda Türkiyənin dəstəyi ilə Sığorta Məlumat Mərkəzi yaradıla bilər.
Bunu İnterpress.az-a açıqlamasında Bakıda keçirilən dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş konfransda Türkiyə Sığorta İnstitutu Vəqfinin sədri Mehmet Kalkavan bildirib.
“Azərbaycanın sığorta bazarı Türkiyənin sığorta bazarı ilə sıx bağlıdır və sürətlə inkişaf edir. Türkiyədəki Sığorta Məlumat Mərkəzindən Azərbaycanda da yaratmaq, bu sahədə təcrübəmizi ölkənizə gətirmək istəyirik. Çünki iki qardaş ölkənin sığorta bazarı oxşardır”, – deyə o qeyd edib.