Ali təhsil müəssisələrində tələbələrin yataqxanada yaşayış yeri ilə təmin edilməsi məqsədilə sosial tələbə yataqxanaları yaradılacaq.
Modern.az-ın məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, sosial yataqxanalara qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər nəzərdə tutula biləcək.