“Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyi ölkədə tərəvəz toxumçuluğunun inkişaf etdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edir.
“İnterpress.az” xəbər verir ki, bunu Assosiasiyanın sədri Mədinə Əliyeva Türk Dövlətlərinin II Aqrobiznes Forumunda bildirib.
“Azərbaycan taxıl toxumçuluğu ilə müqayisədə tərəvəz toxumçuluğunda türk dövlətləri arasında bir o qədər də üstün mövqedə deyil. Əsas məqsədimiz bizim toxumçuları tərəvəz toxumçuluğunun inkişafına təşviq etməkdir. Düşünürəm ki, bu sahədə növbəti illərdə uğurlarımızı artıra biləcəyik”, – deyə o qeyd edib.
“Kənd təsərrüfatının inkişafı Azərbaycan üçün prioritetdir. Toxumçuluq da kənd təsərrüfatının mühüm istiqamətlərindəndir”, – deyə sədr əlavə edib.