Azərbaycanın bank sektorunun aktivləri 7 % artıbbackend

Azərbaycanın bank sektorunun aktivləri 7 % artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 milyard 358,7 milyon manat təşkil edib.

“İnterpress.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci il sentyabrın 1-i ilə müqayisədə 7 % çoxdur.

Bankların aktivlərinin 20 milyard 524,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 17,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,2 %-dən 45,2 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,3 % artaraq 39 milyard 474,1 milyon manata, o cümlədən depozit portfeli 5,1 % artaraq 31 milyard 998,7 milyon manata çatıb. Bunun 12 milyard 276 milyon manatı fiziki, 19 milyard 722,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 15,5 % çox, şirkətlərin banklardakı vəsaitləri isə 0,4 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,6 dəfə azalaraq 107,7 milyon manat olub.

Sektorun balans kapitalı isə 11,7 % artaraq 5 milyard 884,6 milyon manat təşkil edib.