Azərbaycanın Gürcüstanla transsərhəd əraziləri UNESCO-nun İrs Siyahısına salına bilərbackend

Azərbaycanın Gürcüstanla transsərhəd əraziləri UNESCO-nun İrs Siyahısına salına bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hirkan” Milli Parkı bu yaxınlarda UNESCO-nun Dünya İrs Siyahısına salınıb. Bundan sonra digər xüsusi mühafizə olunan, transsərhəd ərazilərimizin bu siyahıya salınması məsələlərini Gürcüstanla birgə müzakirə edəcəyik”.

İnterpress.az xəbər verir ki, bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bioloji müxtəlifliyin qorunması, meşələrin mühafizəsi sahəsində Gürcüstanla çox sıx əməkdaşlıq əlaqələri var.

V.Kərimov bildirib ki, Gürcüstanda meşə qanunvericiliyi ilə bağlı çoxlu təkmilləşmələr aparılıb: “Azərbaycan qanunvericiliyinə nisbətən daha liberal, daha yumşaq meşədən istifadə ilə bağlı qanunverici imkanları var. Onları öyrənib ölkəmizdə tətbiq etmək istəyirik”.

“Qlobal iqlim dəyişikliyi ilə bağlı dəyişikliklərdə Gürcüstanla bağlı çağırışlarda əməkdaşlığın olunması, su məsələləri ilə bağlı mümkün əməkdaşlıq imkanlarına baxılması da müzakirə ediləcək mövzular sırasındadır”, – nazir müavini vurğulayıb.