Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva Milli Mətbuat Günü münasibəti ilə paylaşım edibbackend

Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva 22 iyul- Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib.

İnterpress.az-ın xəbərinə görə, Mehriban Əliyevanın rəsmi “İnstagram” hesabındakı paylaşımında bildirilir: “Hörmətli KİV nümayəndələri! Əziz dostlar!

Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!”.

 

İnterpress.az