Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 5 284,1 milyon manatlıq əməliyyat aparılıb.
Azərbaycan Mərkəzi Bankı bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % çoxdur.
Rüblük göstəricinin 2 858,1 milyon manatlıq hissəsi ilkin bazarda (2,7% çox), 2 426 milyon manatlıq hissəsi isə təkrar bazarda (62,9% çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 2 971 əqd bağlanılıb. Bu, illik müqayisədə 4,8% çoxdur. Əqdlərin 517-si ilkin bazarın (5,3% çox), 2 454-ü isə təkrar bazarın (4,7% çox) payına düşüb.
Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 2 737,9 milyon manatlıq hissəsi və yaxud 51,8%-i dövlət qiymətli kağızlarının, 406,9 milyon manatlıq hissəsi və yaxud 7,7%-i korporativ qiymətli kağızların, 2 139,3 milyon manatlıq hissəsi və yaxud 40,5%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 10,6% az, 2,6 dəfə çox və 2 dəfə çoxdur.
Rüb ərzində bu bazarda bağlanmış əqdlərin isə 532-si və yaxud 17,9%-i dövlət qiymətli kağızlarının, 1 480-i və yaxud 49,8%-i korporativ qiymətli kağızların, 959-u və yaxud 32,3%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 12,6% az, 1% az və 31,4% çoxdur.