Azərbaycanın təndir sənətkarlığı və çörək bişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıbbackend

Azərbaycanın təndir sənətkarlığı və çörək bişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın təndir və çörəkbişirmə sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.

İnterpress.az xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının “X” səhifəsində bildirilib.

“Bu gün Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti” nominasiyası uğurla Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildi!
Bununla, Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irs siyahılarındakı irs nümunələrinin sayı 24-ə çatdı.
Azərbaycan xalqının zəngin mədəniyyətini və adət-ənənələrini əks etdirən bu qeyri-maddi mədəni irs nümunəsi, eyni zamanda, dünya mədəniyyətinə töhfədir. Bu nailiyyət UNESCO dəyərlərinin təbliğinə Azərbaycanın davamlı dəstəyini ifadə edir.
Bütün Azərbaycan xalqını bu uğur münasibətilə ürəkdən təbrik edirik!”, – UNESCO üzrə Azərbaycan Milli Komissiyasından bildirilib