Azərbaycanın zərgərlik sahəsi yeni səviyyəyə keçirbackend

Azərbaycanın zərgərlik sahəsi yeni səviyyəyə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan zərgərlik məmulatlarının istehsalı və satışı istiqamətində MDB ölkələri ilə böyük əməkdaşlıq potensialına malikdir.

Bunu Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.

Onun sözlərinə görə, bu günədək Azərbaycan zərgərlk məmulatları deyil, yalnız qızıl şəklində xammal ixrac edirdi. O qeyd edib ki, ölkənin zərgərlik məmulatları ixracı istiqamətində marağı və böyük potensialı var.

İlin sonunadək proqnozlara gəldikdə, T.Abbasquliyev bildirib ki, zərgərlik məmulatları satışının 75-80 faizi toy mərasimlərinin hesabına baş tutur və proqnozlar bu tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması ehtimalına bağlıdır:

“İlin sonunadək hazır zərgərlik məmulatlarının ixracı gözlənilmir, çünki bütün ölkələr güclü iqtisadi azalma ilə üzləşib”.

 

İnterpress.az