Rusiyanın Novosibirsk şəhərində 41 yaşlı yerli sakin Roman Komotski saxlanılıb.
o, sosial şəbəkələrdə azərbaycanlıların ünvanına kəskin ifadələr işlətdiyi üçün həbs edilib. Söhbət bir qədər əvvəl Novosibirskdə polisin öldürdüyü Azərbaycan vətəndaşı Vəkil Abdullayevin dostları və qohumlarının ünvanına işlənmiş təhqirlərdən gedir.
O, baş verənlərdə azərbaycanlıları günahkar bilib və onların ünvanına kəskin və nalayiq ifadələr işlədib.