“Azəriqaz”: “Bu il abonentlərin 65 %-i aşağı qaz istifadəsi limitini keçməyib”backend

“Azəriqaz”: “Bu il abonentlərin 65 %-i aşağı qaz istifadəsi limitini keçməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-avqust aylarında əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 620 min abonent, yəni abonentlərin 64,5 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib.

“İnterpress.az”ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bu gün media və QHT nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, 8 ay ərzində 794 min 143 abonent, yəni abonentlərin 31,6 %-i 20 qəpik, 98 min abonent isə (abonentlərin 3,9 %-i) 25 qəpik tarifi ilə qazdan istifadə ediblər.

2021-ci il oktyabrın 16-da Tarif (Qiymət) Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrə qədər və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı sektorları üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə çatdırılıb.