Bakı Gənclər Mərkəzi kollektivi “Ramazan sovqatı” aksiyası çərçivəsində qazi və şəhid ailələrini ziyarət edibbackend

Bakı Gənclər Mərkəzi kollektivi “Ramazan sovqatı” aksiyası çərçivəsində qazi və şəhid ailələrini ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı Gənclər Mərkəzi tərəfindən Müqəddəs Ramazan ayı boyunca “Ramazan sovqatı” adlı aksiya həyata keçirilərək “44 günlük Vətən Müharibəsi” şəhidlərinin ailələri ziyarət edilmişdir.

Hər zaman şəhid və qazilərə, o cümlədən onların ailələrinə xüsusi diqqətilə seçilən Bakı Gənclər Mərkəzi, Ramazan ayında da onlarla birlikdə olaraq öz dəstəyini əsirgəmədi.

Şəhid ailələrinə Mərkəz tərəfindən dəstək məqsədilə istədikləri zaman Mərkəzin psixoloq xidmətlərindən yararlanmaq təklif olundu.

Ziyarət zamanı ailələrə iftar payları təqdim olunmuşdur.

Bakı Gənclər Mərkəzi bütün dünya müsəlmanlarının Ramazan bayramını təbrik edir, Allahdan tutulan orucların və edilən duaların qəbul edilməsini diləyir!

Şəhid ailələrinə Mərkəz tərəfindən dəstək məqsədilə istədikləri zaman Mərkəzin psixoloq xidmətlərindən yararlanmaq təklif olundu.

 

İnterpress.az