Bakıda evlərdən oğurluq edən şəxslər saxlanıldıbackend

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bakıda evlərdən oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 35-ci və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də rayon ərazisindəki bir evdən 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Ü.Hacıyev və R.Cavadov saxlanılıblar.

 

 

İnterpress.az