Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin IV kurs tələbəsi Vəliyeva Mərziyyə Nazim qızı uzun sürən ağır xəstəlikdən vəfat edib.
BSU-dan verilən məlumata görə, Mərziyyə Vəliyeva universitetdə oxuduğu müddət ərzində özünü intizamlı, hazırlıqlı, ünsiyyətcil, məsuliyyətli və bacarıqlı tələbə kimi göstərə bilib, yoldaşlarının hörmət və rəğbətini qazanıb.
BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri bu acı xəbərdən məyus olduğunu bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!