Bakıda məktəbdən oğurluq edən şəxs tutulubbackend

Bakıda məktəbdən oğurluq edən şəxs tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 

Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən orta məktəblərin birində oğurluq olub.

İNTERPRESS.AZ – IN məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məktəbdən 2 ədəd noutbuk, 2 ədəd monitor və 5 ədəd elektrik tənzimləyici oğurlamaqda şübhəli bilinən qəsəbə sakini C.Qənbərov saxlanılıb.