Bakıda pişiklər işgəncə verilərək öldürülür – VİDEObackend

Bakıda pişiklər işgəncə verilərək öldürülür – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda pişiklər işgəncə verilərək öldürülür.

Bu barədə Oxu.Az-a Binəqədi rayon sakinləri məlumat verib.

Bildirilib ki, rayonun Mikayıl Ələsgərov küçəsində hər gün ölü pişiklər tapılır:

“Biz hər gün ərazidən iki-üç pişik meyiti tapırıq. Onları işgəncə verərək öldürürlər. Pişiklər pəncələri bağlı şəkildə tapılır”.

Onlar qeyd edib ki, polisə müraciət edilsə də, hələ tədbir görülməyib.