Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.
Bu barədə İnterpress.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.
Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.