Bakıda qardaş qardaşı bıçaqlayıbbackend

Bakıda qardaş qardaşı bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə iyunun 6-sı saat 23 radələrində paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

İnterpress.az xəbər verir ki, qəsəbə sakini, 1987-ci il təvəllüdlü Kamil Səfərov onunla eyni mənzildə yaşayan qardaşı, 1988-ci il təvəllüdlü Emil Səfərovla mübahisə edib. Nəticədə K.Səfərov kiçik qardaşına bıçaqla xəsarət yetirib.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.