Bakıda Yaponiya mədəniyyətinə həsr olunmuş tədbir keçirilib.
İnterpress.az xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada tədbirdə çıxış edərək qeyd edib ki, son 30 ildə iki ölkə arasında əlaqələr fəal inkişaf edib.
Tədbir zamanı ənənəvi yapon rəqsi olan “Şişimay” ifa olunub.
Rəqs ifaçıları musiqisi sədaları altında şir kostyumu geyinir və onun hərəkətlərini təqlid edirlər.