Bakıda yeni yaşayış binalarının tikilməsinə ehtiyac yoxdurbackend

Bakıda yeni yaşayış binalarının tikilməsinə ehtiyac yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı şəhərində boş ərazidə çoxmərtəbəli bina tikmək sahibkarlara sərf edir. Lakin onlar düşünməlidirlər ki, əhalinin sayı, mövcud ekoloji parametrlərin reallığı mütləq nəzərə alınmalıdır”.

İnterpress.az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

O qeyd edib ki, Bakıda yeni yaşayış binalarının tikilməsinə artıq ehtiyac yoxdur:

“Çünki həmin tikililər sonda ekoloji prosesin müəyyən mənada pozulmasına, mənzərənin pisləşməsinə gətirib çıxarır. Bu gün mərkəzi yerlərdə parkların yaradılmasına diqqət yetirilməlidir. Hər-hansı ağacın götürülməsi labüd olarsa, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir”.