Bakıdakı bağ evində narkotik becərən ələ keçdi – FOTObackend

Bakıdakı bağ evində narkotik becərən ələ keçdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Anar Əliyev saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ona məxsus Ləhiş bağları sahəsindəki evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 11 kiloqram olan 201 ədəd çətənə kolu və 720 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Anar Əliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini deyib.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. İstintaq tədbirləri davam etdirilir.