Bakıdan yola düşən yüklər Qazaxıstan-Çin sərhədini keçibbackend

Bakıdan yola düşən yüklər Qazaxıstan-Çin sərhədini keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı Bakı Limanından keçərək Qazaxıstan-Çin sərhədinə çatıb.

Bakı Limanından verilən məlumata əsasən, yüklər Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Xəzər dənizi üzərindən Qazaxıstana, oradan isə Çinin Sian şəhərinə yollanacaq konteyner qatarı artıq Korqos şəhərinə çatıb.

Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət məişət texnikası daşıyan qatar İstanbul (Marmaray)-Köseköy-Ankara-Sivas-Qars-Bakı-Aktau-Almata-Korqos-Sian xətti üzrə 8 min 693 kilometr yolu cəmi 12 günə qət edəcək.

Qeyd edək ki, yük qatarı təyinat məntəqəsi olan Sian şəhərinə ümumilikdə 2 qitə, 2 dəniz və 5 ölkə keçərək çatacaq.

 

 

İnterpress.az