Avstraliyanın Sidney sahillərində balina qayığa çırpılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qayıqda olan iki nəfər suya düşüb. Bir nəfər ölüb, bir nəfər yaralanıb.
ABC News-un məlumatına görə, səhər saatlarında Sidneydə göyərtəsində iki nəfərin olduğu qayıq balina vuraraq aşıb.
Qayıqda olan bir nəfər isə aparıldığı xəstəxanada dünyasını dəyişib. Həkimlər xəstəxanaya çatdırılan qayıqda olan digər şəxsin vəziyyətinin stabil olduğunu bildirib.
Polis qayıqda olan iki nəfərin eyni ailədən olduğunu və hadisə ilə bağlı yaxınlarına məlumat verildiyini bildirib.
Səlahiyyətlilər qeyd ediblər ki, balinalar ümumiyyətlə zərərsizdir, lakin belə qəzalar çox nadir hallarda baş verə bilər, ona görə də balinalardan ən azı 100 metr aralı olmaq lazımdır.