Banka 4 milyon manata yaxın ziyan vuran şəxs SAXLANILDIbackend

Banka 4 milyon manata yaxın ziyan vuran şəxs SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rosselxozbank”ın Oryol vilayətindəki filialının vəzifə səlahiyyətlərini aşan əməkdaşı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Rosselxozbank”ın Oryol vilayətində yerləşən filialının vəzifə səlahiyyətlərini aşan əməkdaşını saxlayıblar.

O, tabeliyində olan şəxslərin köməyi ilə Sinqapurda qeydiyyatdan keçmiş şirkətə uydurma xarici ticarət müqaviləsi ilə 2,4 milyon avro köçürüb.

Banka təxminən 170 milyon rubl (təxm. 3 milyon 700 min man) ziyan dəyib, cinayət işi açılıb və istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az