İran Xarici İşlər Nazirliyinin səlahiyyətlərini icra edən Baqeri Kani ilə onun britaniyalı həmkarı Lammi arasında telefon danışığı olub.
interpress.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, İran Xarici İşlər Nazirliyinin səlahiyyətlərini icra edən Baqeri Kani ilə onun britaniyalı həmkarı Devid Lammi arasında telefon danışığı olub.
Yaxın Şərqdə baş verən son hadisələr, xüsusilə İsrailin Beyruta hücumu müzakirə edilib.
Lammi qeyd edib ki, “Haniyənin ləğvi Qəzza zolağında atəşkəsə doğru geriyə doğru bir addımdır”.
O, İran və İsraili “fəlakətin qarşısını almaq” üçün təmkinli olmağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az