ABŞ Suriyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmaq niyyətindədir.
İnterpress.az xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Dəməşqdə Əl-Şaarın prezidenti ilə görüşü zamanı deyib.
ABŞ prezidenti Tramp Suriyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmağı planlaşdırır.
Barakın sözlərinə görə, Amerika administrasiyası üçün prioritet “Suriyanın hazırkı hökumətinin səlahiyyətlərinin artırılmasıdır”.
O, həmçinin Suriya ilə İsrail arasında gərgin münasibətlərin “həll edilə bilən problem” olduğunu qeyd edib və tərəflər arasında dialoqa dəstək verdiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az