Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargah tərəfindən keçirilən Respublika videomüşavirəsində verilən tapşırıqların icrasına Qazaxda start verilibbackend

Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargah tərəfindən keçirilən Respublika videomüşavirəsində verilən tapşırıqların icrasına Qazaxda start verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, iyulun 1-də Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahtərəfindənsərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətə dair geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyevin, Daxili İşlər naziri Vilayət Eyvazovun, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin, Baş Prokuror Kamran Əliyevin, 77 şəhər və rayonların İcra Hakimiyyəti başçılarının, prokurorlarının, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəislərinin iştirak etdiyi videomüşavirədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib.

Artıq dünəndən Baş Nazir Əli Əsədovun koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülməsi vacib olan bir sıra işlər barədə verdiyi tapşırıqların icrasına start verilib. Belə ki, Baş Nazirin rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılması, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsi istiqamətində görüləcək işlər aidiyyatı üzrə müzakirə edilib. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə ilk videokonfrans təşkil olunub.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, Dövlət Təhlükəsizliyi Xidmətinin Qazax Rayon İdarəsinin rəisi Fərhad Süleymanovun, səhiyyə işçilərinin iştirakı ilə iclas keçirilib.

 

İcra başçısı Rəcəb Babaşov qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə Pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərə hər birimiz dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəs səfərbər olmalıdır.

Baş Nazir tərəfindən videomüşavirədə səslənən fikirləri, verilən tapşırıqları bir daha diqqətə çatdıran rayon rəhbəri görülməsi vacib olan işləri bildirib. İstər COVID-19 virusu aşkarlanmış xəstələrin, istərsə də test nümunələri götürülmüş vətəndaşların dəqiq statistikasının aparılmasını, göndərilmiş yaxma nümunələrinin nəticələri barədə gündəlik məlumatın hazırlanmasını və həmin məlumatların rayonda yaradılmış Operativ Qərargaha vaxtında ötürülməsini bildirib. Aylar öncə təmin olunmuş əvvəlki operativiliyin bundan sonra da olduğu kimi davam etdirilməsini vurğulayıb.

Sonra icra başçısı Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədovaya, baş həkim Allahverdi Quliyevə, Qazax Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimova, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi ŞəxsinQazax Təcili Tibbi Yardım Stansiyasının şöbə müdiri, baş həkim əvəziƏmirxan Mamedova, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Səadət Nazarovaya, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Ramiz Mansurova qeyd olunan, eləcə də digər məsələlərlə bağlı ciddi tapşırıqlarını verib.

Sonda videomüşavirə zamanı verilən tapşırıqlarla əlaqədar rayonda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görüləcək işlər müəyyənləşdirilib.

 

GOYEZEN.AZ