Küçədə başına buz parçası düşən tələbə ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetinin Ədəbiyyat fakültəsinin 22 yaşlı tələbəsi Arif Tələt Alqın küçə ilə gedərkən ağır xəsarət alıb.
Damdan onun üzərinə buz parçası düşüb. O, hadisədən sonra aparıldığı xəstəxanada dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az