Bayden: “ABŞ bütün Avropada hərbi mövcudluğunu artıracaq”backend

Bayden: “ABŞ bütün Avropada hərbi mövcudluğunu artıracaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Avropaya əlavə iki F-35 döyüş təyyarə eskadriliyası göndərəcək”.

İnterpress.az xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə alyansın Madriddə keçirilən sammiti çərçivəsində görüşü zamanı deyib.

Bununla bağlı Amerika lideri qeyd edib ki, alyans bütün istiqamətlərdən – həm havada, həm quruda, həm də dənizdə təhdidləri dəf etməyi bacarmalıdır. Bayden əlavə edib ki, ABŞ Avropaya əlavə iki F-35 döyüş təyyarə eskadriliyası göndərəcək.