Baydenin prezidentliyinin son günlərində ailə üzvlərinə və 37 ölüm cəzası məhbusuna verdiyi əfvlə bağlı araşdırmalar başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ədliyyə Nazirliyinin əfv üzrə vəkili Ed Martinin məktubuna istinadən məlumat yayıb.
Birləşmiş Ştatlar Baydenin prezidentliyinin son günlərində ailə üzvlərinə və 37 ölüm cəzası məhbusuna verdiyi əfvlə bağlı araşdırmaya başlayıb.
Martin işçilərə göndərdiyi məktubda istintaqın Baydenin ağlı başında olub-olmadığını müəyyən etmək məqsədi daşıdığını bildirib.
Həmçinin üçüncü şəxslərin əfv fərmanlarını təsdiqləmək üçün avtomatik imzalama qurğusu və ya digər texniki vasitələrdən istifadə etməklə onun vəzifəsindən istifadə edib-etməməsi aydınlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az