Bazarda dəhşəti: 1 ölü, 2 yaralıbackend

Bazarda dəhşəti: 1 ölü, 2 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Sapporo şəhərində bazarda bıçaqlı hücum nəticəsində 1 işçi ölüb, 2 işçi yaralanıb. Hücum edən şəxs hadisə yerində saxlanılıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Yaponiyanın Hokkaydo əyalətində bıçaqlı hücum dəhşəti olub.

Polis mənbələrindən əldə edilən məlumata görə, yerli vaxtla saat 06.50 radələrində Sapporo şəhərində bir kişi marketə girərək, çörək bıçağı ilə 3 işçini yaralayıb.

Hücum edən 43 yaşlı Hirotaka Miyanişi qətlə cəhddə şübhəli bilinərək saxlanılıb.

Yaralılardan biri, 40 yaşlarında olan kişi bazar işçisi dünyasını dəyişib.

Müalicə altında olan digər yaralıların həyati təhlükəsi yoxdur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.