Azərbaycan qlobal bazarda rəqabətədavamlı qalmaq, resurs bazasını səmərəli şəkildə inkişaf etdirmək üçün dekarbonizasiya istiqamətində ciddi addımlar atmalıdır.
“İnterpress.az” xəbər verir ki, bu barədə “Boston Consulting Group” (BCG) Enerji İnkişaf Mərkəzinin “Enerjiyə keçidlə bağlı plan” adlı hesabatında bildirilir.
“Karbohidrogen resursları dünyada, o cümlədən Azərbaycanda enerji balansının mühüm hissəsi olaraq qalır”, – BCG-nin icraçı direktoru və tərəfdaşı Anton Kosac qeyd edib.
Bundan başqa, hesabatda deyilir ki, dekarbonizasiya Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri, həmçinin digər böyük bazarlar üçün əlverişli və yüksək keyfiyyətli enerji resurslarının etibarlı təchizatçısı statusunu gücləndirmək üçün vacibdir: “Dekarbonizasiya istiqamətində yarış 2010-cu illərdə başlayıb və bununla bağlı bum 2020-2021-ci illərdə baş verib. Təxminən həmin dövrdə Azərbaycan öz qarşısına 2030-cu ilə qədər qaz emissiyalarını 30 % azaltmaqla bağlı iddialı məqsədlər qoyub. Hələ 7 il qalıb və bu da böyük şirkətlər üçün təxminən bir investisiya dövrüdür. Bu məqsədə nail olmaq və bu istiqamətdə fəaliyyətə daha əvvəl başlayan bazar iştirakçıları ilə fərqi aradan qaldırmaq üçün Azərbaycan maliyyələşdirmənin təmin edilməsi daxil olmaqla, bərpa olunan enerji mənbələrinə keçid üçün səylərini ikiqat artırmalıdır”.