Belçika 2 nüvə reaktorunun istismar müddətini uzadıbbackend

Belçika 2 nüvə reaktorunun istismar müddətini uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika 2 nüvə reaktorunun istismar müddətini uzadıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belçika enerji şirkəti Engie ilə daha əvvəl dayandırılması planlaşdırılan “Tihange 3” və “Doel 4” nüvə reaktorlarının işləmə müddətlərinin 10 il uzadılması ilə bağlı razılığa gəlib.

Razılaşmaya əsasən, iki reaktor Belçika dövləti ilə Engie arasında birgə müəssisə olacaq struktur tərəfindən idarə olunacaq.

Nüvə tullantılarının xərclərini ödəmək üçün çərçivə yaradılacaq.

Bu mərhələdən sonra ekoloji icazələrin alınması prosesi ilə bağlı texniki və maliyyə araşdırmaları aparılacaq.