Belçikada saxta silahla şokolad oğurluğu olubbackend

Belçikada saxta silahla şokolad oğurluğu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın paytaxtı Brüsseldə bir şəxs saxta silah hədəsi ilə supermarketdən şokolad oğurlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Brüssel polisindən verilən məlumata görə, ötən həftə Brüsselin Molenbek rayonundakı supermarketdən silahlı soyğunçuluq hadisəsi barədə polisə məlumat verilib. Hadisə yerinə gedən polis qrupları, bir şəxsin silahla hədələyərək supermarketdən bir neçə paket şokolad oğurladığını və piyada qaçdığını öyrənib.

Həmin vaxt vəzifədə olmayan polis əməkdaşı aldığı məlumatla şübhəli şəxsi izləyərək bir neçə küçə kənarda saxlayıb. Axtarış zamanı şübhəli şəxsdən saxta silah və bir neçə bağlama şokolad götürülüb. Bazardan saxta silahla şokolad oğurlayan şəxs polis idarəsində dindirildikdən sonra sərbəst buraxılıb. Polisin quldurluqla bağlı araşdırmalara başladığı bildirilib.