Benzinin yanmasına BAXMAQ İSTƏDİLƏR: Qonşuların avtomobillərini YANDIRDILAR – VİDEObackend

Benzinin yanmasına BAXMAQ İSTƏDİLƏR: Qonşuların avtomobillərini YANDIRDILAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada benzinin yanmasını izləmək istəyən gənclər təsadüfən qonşularının avtomobillərini yandırıblar.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV yayıb. Məlumata görə, Xantı-Mansiysk Muxtar Dairəsində benzinin yanmasını izləmək istəyən gənclər təsadüfən qonşularının avtomobillərini yandırıblar.

Dostlar (23 və 15 yaşlı) evlərinin yaxınlığındakı kanistrdən maşına benzin doldururdular.

Bu müddətdə gənclər yanacağın bir hissəsini yerə töküblər və onlardan biri yanacağı yandırsalar nə olacağını görməyə qərar veriblər.

Sızıntıdan sonra xarici avtomobil alovlanıb. Daha sonra yanğın yaxınlıqda dayanmış “Niva”ya keçib.

Maşınlar söndürülüb, lakin onları bərpa etmək mümkün deyil. Yanğın törədən azyaşlının anası valideynlik vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə inzibati maddə ilə ittiham olunub.

Lakin onlar artıq profilaktik qeydiyyatdadırlar. Qonşular yenə də ya könüllü, ya da məhkəmə yolu ilə dəymiş ziyanı ödəməli olacaqlar.

Xuraman Etibarlı

İnterpress.az