Bərdə sakininin evində 3 kq-a yaxın narkotik aşkarlanıb – FOTObackend

Bərdə sakininin evində 3 kq-a yaxın narkotik aşkarlanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qarayusifli kənd sakini İsrəfilov Seymur Allahverən oğlu saxlanılıb.

İnterpress.az xəbər verir ki, həmin şəxsin yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.

Həmin şəxsin əlaqəsində olan şəxslərin müəyyən olunması istiqamətində Bərdə RPŞ araşdırma aparılır.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.