Rusiyada insanların istirahət etdiyi söhbətgaha ildırım düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, Moskva vilayətində insanların istirahət etdiyi söhbətgaha ildırım düşüb. Bir qadın qolları və döş qəfəsinin ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qadınlardan ibarət qrup tufan başlayanda dincəlirmiş. Şimşəklərdən biri “besedka”nı vurub.
Cərəyan qadının sinəsindən və qolundan keçib və yemək və içkilər dağılıb.
Zərərçəkənə ilkin tibbi yardımı yaxınlıqda istirahət edən həkimlər qrupu göstərib. Xəstəxanada onun vəziyyəti stabilləşib.
Xuraman Etibarlı
İnterpress.az