Bəzi marşrutların hərəkət sxemi dəyişdirildibackend

Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 149 və 164 nömrəli müntəzəm marşrutun hərəkət sxemlərində dəyişikliklər edilib.Məlumata görə, dəyişiklik əsasında 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi 20-ci Sahə, 164 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Lökbatan qəsəbəsi (Mədəniyyət sarayı) olaraq müəyyən edilib.

 

Bununla yanaşı, Sanqaçal qəsəbəsində vətəndaşların ictimai nəqliyyatdan istifadəsində yaranan çətinliyin aradan qaldırılması məqsədilə Sanqaçal qəsəbəsi – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində 196 nömrə adı altında yeni şəhərətrafı müntəzəm marşrut təşkil edilib.

 

Marşrutlar üzrə avtobusların hərəkəti sərnişin təlabatına uyğun olaraq tənzimlənəcək.

 

Qeyd edək ki, edilən dəyişikliklər oktyabrın 9-dan həyata keçiriləcək.