Tatarıstanda 24 yaşlı ana 1,5 yaşlı qızını öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.
Məlumata görə, 24 yaşlı Elvina 1 yaş yarımlıq qızını tək böyüdüb. Maddi çətinlik və kömək çatışmazlığı səbəbindən qadın uşağını öldürmək qərarına gəlib.
O, əvvəlcə bunu elektrik cərəyanı ilə etməyi planlaşdırsa da, daha sonra bıçaqdan istifadə edib.
Hadisədən sonra qadın valideynlərinin yanına gedib. Bir gün sonra isə özü polisə təslim olub.
Xuraman Etibarlı
İnterpress.az






