Bir evdə başlayan yanğın daha iki evə keçdibackend

Bir evdə başlayan yanğın daha iki evə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakaryada bir evdə başlayan yanğın bitişik iki evə keçib.

İnterpress.az xəbər verir ki, yanğın söndürülərkən, tüstüdən zəhərlənən 2 adama tibbi yardım göstərilib.

Erenler rayonu, Yeni Məhəllə 2020 küçəsində naməlum səbəbdən evdə yanğın baş verib.

Hadisə yerinə sövq edilən yanğınsöndürənlər bitişik iki evə keçən alovu qısa müddətdə söndürüb.

Tüstüdən təsirlənən 2 adam sağlamlıq qrupları tərəfindən ambulator olaraq müalicə altına alındı.

Soyutma işləri aparılan evlərə ziyan dəyib.