“Biz Şuşanın səfiriyik” layihəsi hazırlıq işlərinə başladıbackend

“Biz Şuşanın səfiriyik” layihəsi hazırlıq işlərinə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyri-Hökümət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş “Şuşa ili” xüsusi qrant müsabiqəsinin qalibi olan “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin ( İSAY İB) təşəbbüsü ilə həyata keçirilən “Biz Şuşanın səfiriyik” adlı layihənin təşkilati işlərinə start verilib.

İnterpress.az xəbər verir ki, layihənin əsas məqsədi ölkəmizdə təhsil alan əcnəbi tələbələrin potensiallarından istifadə edərək Şuşanın onların vətənlərində təbliğ olunmasına nail olmaqdır. Layihə çərçivəsində ölkəmizdə təhsil alan 44 nəfər müxtəlif ölkələrdən olan əcnəbi tələbələrin Şuşa şəhərinə səfəri nəzərdə tutulub. İştirakçılar Şuşa şəhərində ağacəkmə kampaniyası keçirərək “Dostluq və sülh” parkının əsasını qoyacaqlar.

Eyni zamanda bu tələbələr “Biz Şuşanın Səfiriyik” adlı qısametrajlı filmin çəkilişində iştirak edəcəklər. Filmdə iştirakçılar öz ana dilində “Mən Şuşanın səfiriyəm” adlı şüar səsləndirərək dünya xalqlarına müraciət edəcəklər. Film ingilis dilində internet üzərindən nümayiş etdiriləcək. Nəticədə layihə iştirakçıları Şuşa haqqında olan təssüratlarını bölüşməklə, həm vətənlərində, həm də öz çevrələrində Mədəniyyət paytaxtı olan Şuşanın, Azərbaycanın təmsilçilərinə çevriləcəklər.

Qeyd: Azərbaycanın tarixi zəfərindən sonra mədəniyyət paytaxtına çevrilən qədim və tarixi şəhərin elçisi olmaq şərəfinə yiyələnmək istəyənlər və Şuşaya səfər etmək istəyən əcnəbi tələbələr aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər:

İSAY İctimai Birliyinin e-mail ünvanı: [email protected]

Əlaqə nömrəsi: (070) 999 28 88 Elnarə İsmayılova