ABŞ dövlət katibi Antoni Blinken Ankaraya gedəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı ilə görüşündə İsrailin Fələstində törətdiyi qətliamları müzakirə edəcəyi gözlənilir.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, ABŞ dövlət katibi Antoni Blinken 5 noyabr bazar günü Ankarada olacaq.
Xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı ilə görüşü gözlənilir və bu görüşdə İsrailin Fələstində törətdiyi qətliamlar müzakirə olunacaq. Oktyabrın 30-da iki nazir arasında telefon danışığı olub. Nazir Fidan telefon danışığında Qəzzada ayrı-seçkilik olmadan insanların hədəf alınmasının qəbuledilməz olduğunu vurğulamışdı.