BMT əməkdaşları Cənubi Sudanda qətlə yetirilibbackend

BMT əməkdaşları Cənubi Sudanda qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Sudanda silahlıların hücumları nəticəsində BMT-nin azı 3 humanitar işçisi və 11 mülki şəxs həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin məlumatına istinadən məlumat yayıb.

“Silahlı dəstələrin hücumları Abyey inzibati zonasında həyata keçirilib”, – İdarənin Afrika ölkəsindəki missiyasının rəhbəri Peter Van der Auverart deyib.

O xatırladıb ki, 2022-ci ildə sərhəd bölgəsində BMT-nin 9 əməkdaşı həlak olub.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi hakimiyyəti öz şəxsi heyətinin və mülki şəxslərin müdafiəsini artırmağa çağırıb.