BMT İnsan Hüquqları Şurasının 15 yeni üzvü seçilibbackend

BMT İnsan Hüquqları Şurasının 15 yeni üzvü seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları məsələlərinin müzakirə olunduğu əsas orqanı olan Cenevrədə yerləşən İnsan Hüquqları Şurasının 15 yeni üzvü 3 il müddətinə vəzifə yerinə yetirmək üçün təyin edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 15 yeni üzvü seçilib.

Nyu-Yorkda keçirilən 193 üzvdən ibarət BMT Baş Assambleyasında üzvlər gizli səsvermə yolu ilə müəyyən edilib. Üzvlər regional kateqoriyalar əsasında seçilib. Ən azı 97 səs toplayan ölkələr İnsan Hüquqları Şurasında iştirak etmək hüququ qazanıb. Buna görə Albaniya, Braziliya, Bolqarıstan, Burundi, Çin, Fil Dişi Sahili, Dominikan Respublikası, Kuba, Fransa, Qana, İndoneziya, Yaponiya, Küveyt, Malavi və Hollandiya 3 il müddətində Şurada vəzifə yerinə yetirəcək. Yeni seçilmiş ölkələr 2024-cü il yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaqlar. Rusiya seçilməyib Şərqi Avropa qrupundan Albaniya və Bolqarıstanla birlikdə namizəd olan Rusiya kifayət qədər səs toplaya bilməyib. Bolqarıstan 160, Albaniya 123, Rusiya isə yalnız 83 səs toplaya bildi. Rusiyanın İnsan Hüquqları Şurasına üzvlüyü 2022-ci ilin aprelində Ukrayna müharibəsindən sonra dayandırılıb.