BMT: Suriyadakı mövcud vəziyyət davam etdirilə bilməzbackend

BMT: Suriyadakı mövcud vəziyyət davam etdirilə bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Suriyadakı mövcud vəziyyəti davam etdirə bilmərik, çünki bunun daha da pisləşməsi və yeni çağırışlara yol açması ehtimalı var”.

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen deyib.

Pedersen BMT Təhlükəsizlik Şurasında keçirilən Suriya sessiyasında üzv ölkələri məlumatlandırıb.

BMT-nin baş katibi Antonio Quterreşin “Suriya xarabalığa çevrilib və sülh tezliklə görünmür” sözlərini təkrarlayan Pedersen ölkədəki tərəflər arasında etimadsızlığın, siyasi qeyri-sabitliyin və beynəlxalq mühitin həlli çətinləşdirdiyini bildirib.

Pedersen isə Suriya xalqının ümidsizliyinə və çəkdikləri ağrının dərinləşdiyinə diqqət çəkərək, bu qiymətləndirməni edib: “Suriyada mövcud vəziyyəti davam etdirə bilmərik, çünki bunun daha da pisləşməsi və yeni bir vəziyyətə gətirib çıxarması ehtimalı var”.

Suriya cəmiyyətinin yarısının qida təhlükəsizliyi ilə üzləşdiyini və ölkədəki tibb işçilərinin Suriyanı tərk etməyə davam etdiyini ifadə edən Pedersen, “2020-ci ildən bəri davam edən nisbi sakitlik ciddi təhlükə altındadır” deyərək şiddətin artmasına diqqət çəkib.

Quterreşin “güzəştlər”də israrlı olduğunu xatırladan Pedersen qeyd edib ki, Suriyada tərəflər və beynəlxalq aktyorlar güzəştə getmək mövzusuna daha çox diqqət yetirməlidirlər.